Maide.az

Azərbaycanda 2015-ci il üçün yaşayış minimumu nə qədərdir?

Azərbaycan prezidenti İlham Əliyev 2015-ci il üçün yaşayış minimumu haqqında qanunu təsdiqləyib.   Azertac-ın məlumatına görə, qanunda əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu ölkə üzrə 131 manat, əmək qabiliyyətli əhali üçün 140 manat, pensiyaçılar üçün 108 manat, uşaqlar üçün 108 manat məbləğində müəyyən edilib.   Qanun 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.   Prezident İlham Əliyev həmçinin “Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə sərəncam imzalayıb. /