Azərbaycanda 2 milyondan çox ailə var
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2014-cü ildə ailələrlə bağlı statistikanı açıqlayıb. Komitənin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin məsləhətçisi Aynur Veysəlova Modern.az-a verdiyi açıqlamada bildirib ki, bu ilin 9 ayında Azərbaycanda 53 400 nikah qeydə alınıb: “Azərbaycanda ümumilikdə 2 013 800 ailə var. Ailə quranların orta yaş həddi qadınlar üçün 24, kişilər üçün 28-dir. Ailə quranlar daha çox 25-34 yaş aralığındadır”. Komitə rəsmisi nikahdan kənar doğulan uşaqların sayının 25 069 olduğunu qeyd edib./