Azərbaycanın mobil rabitə gəlirləri
Azərbaycanda bu ilin yanvar-noyabr aylarında mobil rabitə xidmətlərindən əldə olunmuş gəlirlərin ümumi həcmi 836,3 milyon manat təşkil edib. XALQ.AZ xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə mobil rabitə xidmətlərindən əldə edilmiş gəlirlərin həcmi 7,3 faiz artıb. Mobil rabitə xidmətlərinin payına ölkənin informasiya və rabitə sektorunda əldə edilmiş gəlirlərin 57,2 faizi düşüb. /