Maide.az

Azərbaycan xarici işlər naziri Türkiyəyə səfər edəcək

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edəcək. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov dekabrın 10-da Qars şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək. Səfər çərçivəsində E. Məmmədyarovun xarici işlər nazirlərinin üçtərəfli görüşündə çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub. /