Maide.az

Azərbaycandakı “Hepatit”li xəstələrin sayı açıqlandı

Azərbaycanda indi 524 “Hepatit”li xəstə var. Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.    Bildirilib ki, xəstələrin 150-si kəskin “A Hepatit”i, 223-ü kəskin “B Hepatit”i, 151-i isə kəskin “C Hepatiti”nə yoluxub.  İnsanın immunçatışmazlığı virusunun (İİV) törətdiyi xəstəlik və ilk dəfə qeydə alınan xəstəliklərin sayı isə cəmi 494 nəfər təşkil edib. /