Maide.az

Azərbaycan yığması FİFA-nın reytinq cədvəlində 31 pillə geriləyəcək

FİFA-nın oktyabrın 23-də açıqlayacağı milli komandaların növbəti reytinq cədvəli indidən bəllidi. Bu ay baş tutan görüşlər təxmini siyahıda böyük dəyişikliklərlə nəticələnib. Buna yığmaların iştirakı ilə keçirilən əksər qarşılaşmaların seçmə xarakterli olmasıdı.   Hesabat dövründə 3 oyun keçirən Azərbaycan yığmasının da mövqeyində ciddi dəyişiklik olub. AVRO-2016-nın seçmə mərhələsində əvvəl İtaliyaya 1:2, ardınca Xorvatiyaya 0:6 məğlub olan komandamız 111 xal itirib. Bu itki 31 pillə geriləməklə nəticələnib.   Millimiz indi siyahıda 126-cı yerdədi. Lüksemburqla şərik olan komandamız hokkey ölkəsi olan Kanadadan da, Livan və Ekvatorial Qvineya kimi yığmalardan da geri qalır.   Millimiz və “qonşuları” 121 (107). Niger – 258 122 (120). Kanada – 251 123 (126). Liberiya - 249 124 (121). Livan - 246 125 (114). Ekvatorial Qvineya - 238 126 (95). Azərbaycan - 233 126 (127). Lüksemburq - 233 128 (130). Burundi - 232 129 (134). Filippin - 229 130 (130). Qvineya-Bisau - 226   İlk “onluğ”un tərkibində də dəyişikliklər olub. Belə ki, Portuqaliya İsveçrəni 10 ən güclü arasından sıxışdırıb. İlk 3 komandanın mövqeyi isə dəyişməz qalıb. İlk “onluq” 1 (1). Almaniya – 1669 2 (2). Argentina – 1565 3 (3). Kolumbiya – 1420 4 (5). Belçika – 1388 5 (4). Hollandiya - 1375 6 (6). Braziliya – 1307 7 (9). Fransa – 1191 8 (7). Uruqvay – 1184 9 (11). Portuqaliya - 1175 10 (8). İspaniya - 1119 Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki 5 rəqibindən 3-ü irəli, 3-ü geri gedib. Yığmamıza qalib gələn İtaliya ilə Xorvatiya ilk 10 komandaya bir az da yaxınlaşıb. Noyabrda qarşılaşacağımız Norveç də irəliləyib.   AVRO-2016-nın seçmə mərhələsinin H qrupu 11 (13). İtaliya – 1064 14 (19). Xorvatiya – 1002 59 (46). Bolqarıstan - 532 68 (76). Norveç - 481 126 (95). AZƏRBAYCAN – 233 156 (155). Malta – 129 Qeyd edək ki, qonşu Türkiyə yığması isə 614 xalla 46-cıdi. “Ay-ulduzlular” 8 pillə geriləyib.