Maide.az

Azərbaycan və Rusiya müdafiə nazirlikləri arasında əməkdaşlıq planı imzalanacaq

Oktyabrın 13-də Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu Azərbaycan Respublikasına rəsmi səfərə gələcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşü və iki ölkənin Müdafiə Nazirliyi arasında 2015-ci il üçün Əməkdaşlıq Planının imzalanması planlaşdırılır./