Maide.az

Azərbaycan şirkətləri banklardan imtina edir

Bu ilin yanvar-avqust ayların ərzində Bakı Fond Birjasında (BFB) bağlanılan əqdlərin ümumi məbləği 7,17 milyard manat təşkil edib. Fins.az-ın BFB-yə istinadən verdiyi məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 57% və yaxud 2,61 milyard manat çoxdur. Hesabat dövründə əqdlərin sayı isə 3604-dən 4161-ə qədər, yəni təxminən 15% artıb. Dövlət qiymətli kağızlar bazarı 7% artımla 4,04 milyard manat təşkil etdiyi halda, korporativ bazar 4 dəfəyə yaxın artımla 3,13 milyard manat olub. Ayrı-ayrı fond bazarı alətləri arasında ən ciddi artım isə korporativ istiqrazların yerləşdirilməsində olub – təxminən 22 dəfə. Bu bazar üzrə əqdlərin həcmi 1 milyard 815 milyon manat təşkil edib. Qeyd edək ki, korporativ istiqrazlar şirkətlərin vəsait cəlb etməsi üçün bank kreditlərinə ən ciddi alternativ sayılırlar. Başqa sözlə, getdikcə daha çox şirkət vəsait cəlb etmək üçün bankdan kredit götürməkdənsə, istiqraz buraxmağa üstünlük verirlər.   8 ay ərzində səhmlərin ilkin bazarı 3 dəfə böyüyərək 790 milyon manata, təkrar səhm bazarı isə 22% artaraq 3,09 milyard manata çatıb. Bazarın seqmentləri 2014 (31.08.14) 2013 (31.08.13) Dinamika Əqdlərin həcmi, AZN Əqdlərin sayı Əqdlərin həcmi, AZN Əqdlərin sayı Dİ (AR MN) –  (yerləşdirmə) 58,557,735.96 23 61,803,101.77 37 - 5,25% Dİ (AR MN) –  (təkrar bazar) 19,266,344.13 14 12,949,227.52 4 1,49 dəfə Notlar (AR MB) – (yerləşdirmə) 123,081,500.70 40 219,897,013.45 83 44,03% Notlar (AR MB) – (təkrar bazar) 302,813,539.11 22 43,955,612.02 4 6,89 dəfə Repo əməliyyatları 3,535,442,985.80 292 3,434,774,077.58 353 2,93% DQK bazarı cəmi 4,039,162,105.70 391 3,773,379,032 481 7,04% Korporativ istiqrazlar – (yerləşdirmə) 1,814,596,643.94 72 83,333,524.60 59 22 dəfə Korporativ istiqrazlar – (təkrar bazar) 522,991,485.87 197 396,611,996.93 130 1,32 dəfə Səhmlər – (yerləşdirmə) 789,443,537.10 578 291,808,611.69 261 3,71 dəfə Səhmlər – (təkrar bazar) 3,091,921.03 2,923 14,107,252.28 2,673 - 78,08% KQK bazarı cəmi 3,130,123,587.94 3,770 785,861,385.50 3,123 3,99 dəfə Cəmi 7,169,285,693.64 4,161 4,559,240,417.84 3,604 57,25%