Maide.az

Azərbaycan əhalisi çörək istehlakını azaldıb

Əhalinin çörəyə tələbatı 12% azalıb. «Эхо» qəzeti yazır ki, Azərbaycan əhalisi çörəyi az yeməyə başlayıb. Bunu statistik rəqəmlərə əsasən demək olar. Dövlət Statistika Komitəsinin məlumatına görə. 2007-ci ildə adambaşına 158.9 kiloqram çörək işlənirdisə, 2013-cü ildə bu göstərici 141.6 kq olub.  Əhalinin çörəyə tələbatı da 12% azalıb. Ancaq kartofa tələbat artıb. 2007-ci ildə adambaşına 50,8, 2013-cü ildə 64,2 kq kartof işlənib. Kartof tələbatı 26% artıb. (FaktXəbər) /