Maide.az

Azərbaycan Ordusunun əsgəri özünü güllələyib

Azərbaycan Ordusunda silahlı insident olub.   Hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 1993-cü il təvəllüdlü Təbriz Ələddin oğlu Məmmədli tabeliyindəki avtomat silahdan ehtiyatsızlıqdan açılan atəş nəticəsində yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib.   Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.   Əsgərin vəziyyəti kafi qiymətləndirilir.