Maide.az

Azərbaycanda iki aylıq körpəni oğurlayan qadının görüntüləri yayılıb

Azərbaycanda uşaq oğurlayan qadının görüntüləri yayılıb.   Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, 2 aylıq körpəsi oğurlayan qadının görüntüləri təhlükəsizlik kameralarına düşüb. Sarı saçlı, kök bədən quruluşlu qadın ananı aldadaraq uşağı götürüb və hadisə yerindən uzaqlaşıb.   Görüntülərdəki sarı saçlı qadını tanıyanlardan (018) 654-02-02, (070) 510-22-50 nömrəli telefonlara məlumat vermələri xahiş olunur. Məlumat verən şəxsin anonimliyi təmin olunacaq. Qeyd edək ki, Azərbaycanda uşaq oğurluğu faktı qeydə alınıb. APA-nın məlumatına görə, hadisə avqustun 13-də Sumqayıt şəhərində baş verib. Sumqayıt şəhəri, 29-cu kvartal, ev 11/16, mənzil 30 ünvanında yaşayan Aysel Əhmədovanın 2 aylıq körpəsi naməlum şəraitdə oğurlanıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları məlumatlandırılıb. Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya faktı təsdiqləyərək, bildirilib ki, daxil olan məlumat əsasında ananın izahatı alınıb. Hazırda uşağın tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.