Maide.az

Azərbaycan qaz hasilatını təqribən 5 faiz artırıb

2014-cü ilin yanvar-iyul aylarında Azərbaycanda 24,92 milyon ton neft və qaz kondensatı hasil edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz azdır. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin 2014-cü ilin ilk 7 ayı üzrə hesabatında deyilir. 2013-cü ildə Azərbaycanda 43,1 milyon ton neft və qaz kondensatı hasil olunub. 2012-ci ildə bu rəqəm 42,98 milyon ton təşkil edib. Neft hasilatının əsas həcmi "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqlar blokunun və xarici tərəfdaşlarla birlikdə işlənən "Şahdəniz" qaz-kondensat yatağının payına düşür. Hesabata əsasən, cari ilin ilk 7 ayında ölkədə əmtəə qazın hasilatı 10,76 milyard kubmetr olub ki, bu da 2013-cü ilin müvafiq dövründən 4,6 faiz çoxdur. 2013-ci ildə qaz hasilatı 17,9 milyard kubmetr əmtəə qazı təşkil edib, 2012-ci ildə bu rəqəm 17,24 milyard kubmetr olub./