Maide.az

Azərbaycanlı gənc Rusiyada göldə boğulub

Rusiyada azərbaycanlı gənc göldə boğulub. Yaxınlarının APA-ya verdiyi məlumata görə, hadisə Rusiyanın Sankt-Peterburq şəhərində qeydə alınıb.   Azərbaycanın Şirvan şəhərindən olan, 1995-ci il təvəllüdlü Murad Heydərli Sankt-Peterburq şəhərində göldə çimərkən boğularaq ölüb.   Mərhumun cənazəsi dünən Azərbaycana gətirilərək doğulduğu rayonda dəfn edilib.   Yaxınlarının dediyinə görə, M. Heydərli 1998-ci ildən ailəsi ilə birlikdə Sankt-Peterburq şəhərində yaşayıb. O, bu il kollec məzunu olub.   M. Heydərli Sankt-Peterburqda fəaliyyət göstərən uşaq futbol komandalarında iştirak edib, "Paralel" mini futbol komandasının qapıçısı olub.