Maide.az

Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ baş verib. Yeraltı təkanlar Lənkəran rayonunda hiss olunub.    Zəlzələ Lənkəran şəhərində və rayonun bütün kəndlərində hiss edilib.    Hadisə nəticəsində əhali təşvişə düşüb. Zəlzələnin 3-4 bal gücündə olduğu ehtimal edilir.    Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli ANS PRESS-ə faktı təsdiqlədi. Alimin sözlərinə görə, həqiqətən də Lənkəranda yeraltı təkanlar olub. Lakin hələlik zəlzələnin gücü və maqnitudası dəqiqləşdirilir. "Yaxın saatlarda ətraflı məlumat veriləcək".