Maide.az

Azərbaycanda tikinti işlərində qiymətlər bahalaşıb

Bu ilin II rübündə Azərbaycanda tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,1% bahalaşıb.   Dövlət Statistika Komitəsindən Maide.az-a verilən məlumata görə, rüb ərzində yerüstü tikililər bölməsində 0,1% ucuzlaşma, yol və körpü tikintisində isə 1,4% bahalaşma müşahidə edilib.   Bu ilin II rübündə yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,1%, sosial təyinatlı binaların tikintisi üzrə 0,5% ucuzlaşıb, istehsal təyinatlı obyektlərin tikintisi üzrə isə qiymətlər 1,1% bahalaşıb.   Yaşayış evlərindən 5 mərtəbəyə qədər yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,2% bahalaşıb, 6 və çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,2% ucuzlaşıb.   Sosial təyinatlı binalardan ümumtəhsil məktəblərinin tikintisi üzrə qiymətlərdə 0,6 faiz ucuzlaşma müşahidə olunub. İstehsal təyinatlı obyektlərdən sənaye obyektlərinin tikintisi üzrə qiymətlər 1,1% bahalaşıb.   Rüb ərzində yol tikintisi üzrə qiymətlər 1,6%, körpü tikintisi üzrə qiymətlər isə 0,1% bahalaşıb.