Maide.az

Azərbaycanın cənub bölgəsində meşə yanğınları davam edir - FHN-dən açıqlama

Lerik rayonu, Piran kəndində və Lənkəran rayonu, Hirkan Milli Parkının ərazisində yanğın davam edir.    Maide.az-ın FHN-ə istinadən xəbər verir ki, Lerikdə yanğın texnikalarının həmin ərazilərə cəlb olunmasının qeyri-mümkünlüyünü nəzərə alaraq Fövqəladə Hallar Nazirliyinin qurumlarından 41 nəfər yanğınsöndürəni, 100 nəfər MM əsgərləri, Aviasiya Dəstəsindən 1 ədəd helekopter, 1 ədəd təyyarə, 200 meşə təsərrüfatı işçiləri və tırtıllı traktorlar cəlb edilib. Yanğının yayılma təhlükəsi aradan qaldırılıb və tam söndürülməsi işləri davam etdirilir.    Lənkəran rayonunda da meşə zolağı və dağlıq ərazidə kol-kos yanmaqda davam edir. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin 75 nəfər yanğınsöndürəni, Aviasiya Dəstəsindən 2 ədəd helekopter və meşə təsərrüfatı işçilərindən 80 nəfər canlı qüvvə cəlb edilib. Hazırda yanğın qayalıq ərazidə davam edir və yanğının söndürülməsi üçün müvafiq tədbirlər həyata keçirilir.