Maide.az

Azərbaycanda narkotik cinayətləri ilə mübarizə üzrə qurumun rəhbəri təqaüdə göndərilib

Maide.az-ın məlumatına görə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Məzahir Əliyev yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.   Bu barədə Dövlət Komissiyasının rəhbəri Əli Həsənov müvafiq əmr imzalayıb. Əmrə əsasən, M. Əliyevin yerinə işçi qrupun əməkdaşı Fəqan Şahverdiyev təyin edilib.   Qeyd edək ki, M. Əliyev 2012-ci ildən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupuna rəhbərlik edib.