AYİB: Ermənistan iqtisadiyyatı çökür
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) proqnozuna müvafiq olaraq, bu il Ermənistan üçün 1,5% göstərici ilə iqtisadi azalma ilə nəticələnəcək. AYİB Ermənistana dair proqnozunu 1,5% pisləşdirib. Bu ilin yanvar ayında AYİB 2015-ci il üçün iqtisadiyyatın inkişafını 0 faiz proqnozlaşdırmışdı. Bundan başqa, AYİB-in dəyərləndirmələrinə görə, Ermənistan Cənubi Qafqazda 2015-ci ili iqtisadi azalma ilə başa vuran yeganə ölkə olacaq.