Ayətullah Sistani İraqda dinc etiraz aksiyalarını dəstəkləyir
İraqın böyük mərcəyi-təqlid alimi Ayətullah Seyid Əli Hüseyni Sistaninin bürosu dinc etiraz aksiyalarına qatılmağın bütün İraq xalqının haqqı olduğunu bildirib. Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, Ayətullah Sistaninin bürosu oktyabrın 31-i nəşr etdiyi bəyanatda, İraqın böyük mərcəyi-təqlid aliminin etirazçıların islahatçı tələblərinə dəstəyini vurğuladığı qeyd olunub. Ayətullah Sistani, həmçinin mitinqlərdə mərcəiyyətin adının istifadə edilməməsi və ya nümayişlərdə təşkilatların rəmzlərinin daşınmamasını da istəyib. Digər tərəfdən, İraqın Əl-Həşduş Şəbi təşkilatı ölkənin siyasi vəziyyətinə müdaxilə etmədən etirazçıların dinc tələblərinə dəstək verdiyini bildirib.