Ayətullah Xamenei başsağlığı verib
Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei dəyərli alim höccətül-islam vəl müslimin Hacı Seyid Əlirza Hairinin vəfatı münasibətilə başsağlığı verib. Maide.Az “leader.ir” saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir: "İnna lillah və inna ileyhi raciun" "Mərhəmətli və Bağışlayan Allahın adı ilə! Dəyərli alim höccətül-islam vəl müslimin Hacı Seyid Əlirza Hairinin vəfatı xəbərini dərin hüzn və kədərlə aldım. Bu dəyərli alimin vəfatı münasibətilə yaxınlarına, şagirdlərinə, sevənlərinə , rəhbəri oldu Dairətül-Maarif Müəssisəsindəki həmkarlarına başsağlığı deyirəm. Mərhum alimin elmi və təbliği xidmətləri İlahi rəhmət və məğfirət yolunun davamçıları üçün dəyərli yadigardır. Uca Yaradandan onun üçün ən yüksək dərəcələri verməsini diləyirəm!"