Ayətullah Xamenei başsağlığı verib
Ali Rəhbər Ayətullah Xamenei Əfqanıstanlı müctəhid Ayətullah Mühəqqiq Kabilinin vəfatı münasibətilə başsağlığı verib. Maide.Az “leader.ir” saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir: Mərhəmətli və Bağışlayan Allahın adı ilə! Mücahid alim Ayətullah Hacı Şeyx Qurbanəli Mühəqqiq Kabilinin vəfatı münasibətilə bütün Əfqan qardaşlara xüsusi ilə ailəsinə, dostlarına, müqəllidlərinə, şagirdlərinə və yaxınlarına başsağlığı deyirəm. Uca Yaradandan o mərhum üçün ən yüksək dərəcələri verməsini diləyirəm! Qeyd edək ki, mərhum Ayətullah Mühəqqiq ötən gün 91 yaşında vəfat edib.