Ayətullah Xameneinin ofisi: 5 İyun Fitr bayramı günüdür
Şəvval ayı müşahidə olunduğu üçün İyun ayının 5-i Şəvval ayının 1-ci günü və Fitr bayramı günüdür. Maide.Az xəbər verir ki, bunu Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin ofisi yanında ayın müəyyən edilməsi üzrə komitə məlumat verib. Məlumata görə, 100-dən çox ekspert qrupu ayın müəyyənləşdirilməsi üzrə işlər aparıb. "Mübarək Ramazan ayında tutulan oruclar və edilən ibadətlərin qəbul olunması arzusu ilə, elən edirik ki, ölkənin bir neçə bölgəsində verilən dəqiq məlumatlara görə, Şəvval ayının ayı bu gün görünüb və Ali Rəhbər Ayətullah Xamenei cənablarına ayın görünməsi sabit olub. Buna görə də, sabah (İyun ayının 5-i) Fitr bayramı günüdür. Bu bayram münasibəti ilə bütün mömin qardaş və bacıları təbrik edirik. Fitr bayramı namazı ölkənin bütün bölgələrində qılınacaq." Qeyd edək ki, Fitir bayramı namazı sabah Tehranda Ali Rəhbər Ayətullah Xameneinin imamətliyi ilə saat 8.30-da qılınacaq.