Ayətullah Xamenei: ‘Kütləvi qırğın silahlarını haram bilirik’ - FOTO
“Bu il beynəlxalq Qüds günü digər illərlə müqayisədə daha önəmlidir. Çünki ABŞ və onun əlaltıları “Yüz ilin anlaşması” planını icra etməyə çalışmaqla dünyada Fələstin məsələsini unutdurmağa çalışır və əlbətdə məğlub olacaqlar.” Maide.Az “Leader.ir” saytına istinadən xəbər verir ki, bunu Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün İran universitetlərinin elmi heyət üzvləri, müəllimlər və tələbələri ilə görüşü zamanı çıxışında deyib. “Fələstini müafiə etmək İslama özəl bir məsələ deyil. Bəlkə vicdan və humanitar bir məsələdir. Əlbəttə, müsəlmanlar üçün şəriət və dini baxımdan önəmlidir”. Ayətullah Xamenei xarici KİV-lərin ABŞ-la müzakirə mövzusunu şişirtməsindən də danışaraq bildirib ki, onlar İran müzakirə masasına oturmalıdır dedikdə ABŞ-la müzakirəni nəzərdə tuturlar. “Çünki bizim digər ölkələrlə heç bir problemimiz yoxdur və Avropa ölkələri və başqaları ilə müzakirələr aparırıq. Əsas məsələ isə müzakirə predmetini müəyyənləşdirməkdir. Biz istənilən mövzu barəsində müzakirə etmirik. İnqilab üçün əsas və namus məsələsi olan mövzular, o cümlədən ölkənin müdafiə gücü müzakirə predmeti ola bilməz. Müzakirə, yəni bəzi məsələlərdə geri çəkilmək və güzəşt etmək deməkdir. Amma müdafiə məsələləri müzakirə oluna bilməz. Bu məsələlər haqda müzakirə iki kəlmədə cəmlənir. Onlar deyirlər biz bunu istəyirik, biz də deyirik yox.” İslam Respublikasının ABŞ-la heç vaxt müzakirə aparmayacağını deyən Ayətullah Xamenei bildirib ki, bunun faydası yoxdur, əksinə ziyanlıdır. “ABŞ-ın öz məqsədlərinə çatmaq üçün bir strategiyası və taktikası var. Qarşı tərəfi yormaq məqsədilə “təzyiqlər” etmə və sonra “müzakirə”dən təzyiqi təkmilləşdirərək öz məqsədlərinə çatmaq üçün isitfadə etməkdir. Bu isə müzakirə yox, təzyiqlərin məhsulunu toplamaq üçün bir vasitədir. Əgər ABŞ-ın taktikasının qarşısında təzyiq vasitələrindən düzgün istifadə edilərsə, bu ya azalcaq və ya da ümumiyyətlə duracaq. Lakin əgər ABŞ-ın “müzakirəyə dəvətinə” aldanıb, onların təzyiqləri qarşısında təzyiq vasitələrindən istifadə olunmazsa, uduzmaq qətidir.” İran İslam Respublikasının ABŞ-ın təzyiqləri qarşısında lazimi vasitələrə sahib olduğunu açıqlayan Ali Rəhbər bildirib ki, bu onların təbliğ etdiklərinin əksinə hərbi yol deyil. “Amma bir zaman lazım gələrsə həmin vasitələr də mövcuddur. İslam Respublikasının təzyiq vasitələrindən nümunə kimi ölkənin Milli Təhlükəsizlik Ali Şurasının nüvə prorqramına dair bəzi öhdəliklərin azaldılmasına dair bəyanatını göstərmək olar. Milli Təhlükəsizlik Ali Şurasının son qərarı doğru qərar idi. Çünki əgər təzyiq vasitəsindən vaxtında istifadə olunmazsa, qarşı tərəf zərər və ziyan görməyəcəyini düşünərək mövzunu tələsmədən davam etdirəcək. Lakin əgər təzyiq vasitəsindən doğru istifadə olunarsa düşünəcək ki, nəsə bir addım atsın.” Ayətullah Xamenei İranın nüvə sahəsində elmi və texnologiya gücünü təsiredici təzyiq vasitələrindən biri adlandırıb və bildirib ki, İran nüvə sahəsində yüksək elmi gücə sahib olsa da heç vaxt nüvə silahı ardınca olmayıb. “Çünki fiqhi, dini və şəri baxımdan kütləvi qırğın silahları - nüvə silahı olsun və ya kimyəvi silahlar olsun, - haram bilirik. Biz kütləvi qırğın silahların istehsalını anbarda saxlamaq üçün olsa belə səhv, qeyri-məntiqi və ağılsızlıq hesab edirik. Çünki ölkəyə çoxlu xərc yaradır və heç bir istifadəsi də yoxdur. Ona görə, əsasən kütləvi qırğın silahlarının istehsalına qarşıyıq. Lakin uranın zənginləşdirilməinə ehtiyacımız var. Çünki ölkənin gələcəyi üçün bu vacibdir. Əgər bu gün bu sahədə gücümüzü artırmasaq 10 ildən sonra sıfırdan başlamalıyıq. Sevindirici haldır ki, bu gün ölkənin bütün məsul şəxsləri ABŞ-la müzakirə etməməkdə eyni düşüncədədirlər. ABŞ-la müzakirə heç bir vəchlə tövsiyə olunmur. ABŞ-ın öncəki hökuməti, indiki hökumətlə hərəkətlərində fərqli olsa da mahiyyətdə heç bir fərqi yoxdur. İslam Respubliaksı ABŞ-ın müzakirə sahəsindəki taktikalarına aldanmayacaq. Hələlik Milli Təhlükəsizlik Ali Şurasının son qərarı ilə təzyiq vasitəsi kimi istifadə etmişik, lakin bununlada işi bitmiş hesab etməyəcəyik. Sonrakı mərhələdə əgər lazım gələrsə digər təzyiq vasitələrimizdən istifadə olunacaq.”