Ayətullah Xameneinin iştirakı ilə mərhum Ayətullah Möminin anım mərasimi keçirilib - FOTO
Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin iştirakı ilə Nəzarət Şurasının sabiq üzvi rəbbani alim Ayətullah Məhəmməd Mömin Qumminin vəfatı münasibətilə İmam Xomeyni (rə) adına hüseyniyyədə anım mərasimi təşkil olunub. Maide.Az “Leader.ir” saytına istinadən xəbər verir ki, mərasimdə mərhum Ayətullah Möminin ailəsi, qohumları, dövlət rəsmiləri, alimlər və xalqın müxtəlif təbəqəsi iştirak edib. Məclisin əvvəlində Quran tilavə tolunub və daha sonra Əhli-beyt (ə) məddahları mərsiyyələr oxuyub. Mərasimdə höccətül-islam Siddiqi çıxış edib və mərhum Ayətullah Möminin elmi və təqvasından danışıb.