Maide.az

Ayətullah Xamenei: Hərəm müdafiəçiləri olmasaydı bu gün Ərbəin yürüşü də olmayacaqdı

“Hərəm müdafiəçiləri olmasaydı bu gün Ərbəin yürüşü də olmayacaqdı.”   Maide.Az  Tasnim xəbər agentliyinə istinadən xəbər verir ki, bunu  Ali Rəhbər Ayətullah Xamenei  bir qrup hərəm müdafiəçiləri şəhid ailələri ilə görüşdə deyib.    “Bu şəhidlərin ölkədən kənarda indiki zamanda etdiyi, əslində  Həzrət İmam Hüseyn (ə) qəbrini  qorumaq üçün canından keçən şəxslərin  etdiyi ilə eynidir.  Abbasilər dövründə  xəlifələr Həzrət Əba Abdullah İmam Hüseynin (ə) pak hərəmini və digər pak qəbirləri dağıtmağı qərara aldı. Bəziləri öz canlarından keçməklə buna imkan vermədi.  Abbasilər  “əgər ziyarət edilsə, əlinizi, ayağınızı kəsəcək, özünüzü öldürəcəyik” dedilər,  lakin həmin insanlar  yenə də ziyarətə getdi.  Elə o insanların fədakarlığı nəticəsindədir  ki, bu gün Ərbəində İmamı ziyarət edənlərin sayı  20 milyon nəfərə çatıb.  Əgər orda kimlərsə fədakarlıq etməsəydi,  bu gün bu izzət və İmam Hüseyn məhəbbəti  dünyanı bürüməzdi. Baxın Ərbəin ziyarətində dünyanın müxtəlif ölkələrindən -  türk, fars, urdu  və Avropa ölkələrindən,  hətta ABŞ-dan  belə insanlar iştirak edir. Bu işi kim başladıb? Bu işin bünövrəsini əslində o şəxslər qoyub ki, İmam Hüseynin (ə) qərbinin ziyarəti üçün canlarını qurban verdilər.”   Ayətullah Xamenei deyib ki, bu gün də İraqda Kərbəlaya və Kazimeynə çatmış düşmənlər ziyarətgahları viran etmək istəyirdilər.    Suriyada da Zeynəbiyyənin mühasirəyə düşməsinə az qaldığını xatırladan Ayətullah Xamenei deyib ki, amma sizin övladlar özlərinə borc bilərək gedib bu işə mane olub, İslam və müsəlmanları bu bəladan xilas ediblər.    Ayətullah Xamenei deyib ki, çox vaxt keçməyəcək və İslam dünyası bu müdafiəçilərin bərəkətini dadacaq.