Ayətullah Əşrəfi Şahrudi vəfat edib
"İnna lillah və inna ileyhi raciun" Qum və Nəcəf elmi-dini hövzələrinin tanınmış ustadlarından Ayətullah Murtaza Əşrəfi Şahrudi vəfat edib. Maide.Az “hawzahnews”a istinadla xəbər verir ki, uzun illər Nəcəf və Şahrud şəhərində onlarla tələbə yetişdirmiş Ayətullah Şahrudi ötən axşam Şahrud şəhərində öz evində vəfat edib. Onun ustadlarından Ayətullah Xoi, Ayətullah İmam Xomeyni Ayətullah Seyid Hadi Milani, Ayətullah Şeyx Hüseyn Hilli və digərlərinin adını çəkmək olar. Allah rəhmət etsin!