Maide.az

Ayətullah İsa Qasımın vəziyyəti yaxşılaşır

Londonda müalicə alan Ayətullah İsa Qasımın vəziyyətinin yaxşı olduğu açıqlanıb. Maide.az xəbər verir ki, bu barədə bəhreynli din alimi Seyyid Abdullah əl-Qoreyfi məlumat verib. Onun sözlərinə görə, İsa Qasımın müalicəsi üçün bütün tibbi cihazlar mövcuddur: "Bu da Ayətullahln yaxşılaşması üçün fürsətdir". Qeyd edək ki, 9 iyulda Bəhreyndən çıxmasına icazə verilən İsa Qasım Londonda özəl bir xəstəxanaya aparılıb. O, 2016-cı ildən Bəhreyn hökuməti tərəfindən vətəndaşlıqdan çıxarılıb və 2 ildən çoxdur ki, ev həbsində saxlanılıb.