Ayətullah Xamenei 500 -dən çox məhbusu əfv etdi
Ali Rəhbər Ayətullah Xamenei mübarək Ramazan bayramı münasibəti ilə ölkənin bir qrup məhkumun cəzasının əfvi, yaxud yüngülləşdirilməsinə razılıq verib. Maide.Az "Leader.ir" saytına istinadən xəbər verir kİ, əfv olunanlar siyasi və mülki məhbuslar, həmçinin hərbi cinayətlərə görə həbs edilmiş şəxslərdir. İranın Məhkəmə Sisteminin rəhbəri Sadiq Amoli Laricani Fitr bayramı münasibətilə əlaqədar olaraq, Ayətullah Xameneiyə məktubla müraciət edib. Məktubda 537məhbusun əfv olunması, cəzasının yüngülləşdirilməsi, yaxud dəyişdirilməsi xahiş olunur. Ali Rəhbər həmin təklifi müsbət cavablandırıb və fərman imzalayıb.