Maide.az

Ayətullah Xameneinin Xanım Zeynəbin (s.ə) hərəmini ziyarət etməsi - FOTO

İranda İslam inqilabının qələbə qazanmasından 6 il sonra, ilk dəfə reallaşdırılmış xarici səfər, Suriyanın keçmiş prezidenti Hafiz Əsədin rəsmi dəvətilə o dövrdə prezident olan hazırkı ali dini rəhbər ayətullahul-üzma Seyid Əli Xamenei tərəfindən edilib.   15 sentyabr 1984-cü ildə baş tutan səfər 7 gün davam edib və bu İran prezidentinin regiona səfərinin ilk başlanğıcı olub. İran prezidenti Suriyadan sonra Liviya və Əlcəzairə də səfər etmişdi.   Ali Rəhbər ayətullah Seyid Əli Xamenei Suriya səfəri çərçivəsində rəsmi görüşlərlə yanaşı, paytaxt Dəməşqdəki Həzrət Zeynəbi Kubranın (s.ə) mütəhhər hərəmini də ziyarət etmişdi. (deyerler.org)