Ayətullah Hairi Şirazinin səhhəti yaxşılaşır
O, ötən gün reanimasiyadan palataya köçürülüb. Maide.Az xəbər verir ki, bunu İranın Şiraz şəhərinin “Namazi” adına xəstəxananın baş həkimi Mehdi Mahir deyib. Həkim bildirib ki, təqribən 30 gündür Şirazın sabiq imam cüməsi təzyiqinin aşağı düşməsi və infeksion xəstəlik ilə əlaqədar xəstəxanada müalicə alır. “Ayətullah Mohyiddin Hairi Şirazinin hazırda qan təzyiqi aşağıdır və 28 gün içərisində həkimlərin səyi nəticəsində təzyiqini normallaşdırmağa nail olmuşuq.”