Ayətullah Xamenei məzlum Myanmalı müsəlmanlara maddi yardım edib
Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei Myanma ordusunun zorakılıqları nəticəsində baş verən faciəli hadisələrdən təsirlənmiş və evlərindən didərgin düşmüş Rohingiyalı qaçqın müsəlmanlara 10 milyard rial (təqribən 250 min dollar) maddi yardım ayırıb. Maide.Az xəbər verir ki, Ayətullah Xameni bu maddi yardımı İranın Qirmızı Aypara Təşkilatının sədrinin Myanmalı müsəlmanların faciəli durumu ilə bağlı ona ünvanladığı məktubun ardınca edib. İranın Qırmızı Aypara Təşkilatının sədri və ali rəhbərin bu qurumdakı nümayəndəsi Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei yazdıqları məktubda Myanmada baş verən hadisələrə vurğu edərək, rohingiyalı müsəlmanların üzləşdikləri çətinliklərə dair ətraflı məlumatlar və qurumun Myanmalı müsəlmanlara etdiyi yardımlar haqqında hesabat verib.