Maide.az

Ayətullah İsa Qasimə qarşı başladılan təzyiqlərin ildönümündə Ali-Xəlifə rejimi Əd-Diraza qüvvələrini yerləşdirdi

Bəhreyn Daxili İşlər Nazirliyi Ayətullah İsa Qasimin yaşadığı Əd-Diraz rayonunda nümayişlərin qarşısını almaq üçün qüvvələrini rayonun küçələrində yerləşdirir.   Ali-Xəlifə rejiminin ölkədə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Ayətullah İsa Qasimi 2016-cı ilin 20 iyun tarixində vətəndaşlıqdan məhrum edilməsinin bir ili tamam olub.   Ölkənin hər yerində Ali-Xəlifə rejiminə qarşı etiraz aksiyaları keçirilib. Bəhreyn təhlükəsizlik qüvvələri nümayişçilərə göz yaşardıcı qazlarla müdaxilə edib. (deyerler) /