Ayətullah Xamenei: Amerikanın məğlub olunmaz olmasını xəyal etmək böyük səhvdir
Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei Venesuela prezidenti Nikolas Maduro ilə görüşündə bildirib ki, Amerikanın məğlub olunmaz olmasını xəyal etmək böyük səhvdir. Maide.Az xəbər verir ki, Ayətullah Xamenei şənbə axşam N.Maduro ilə görüşündə Amerikanın Qərbi Asiya bölgəsində siyasətləri və planlarının uğursuzluğa düçar olduğunu bildirib və deyib ki, Amerika müstəqil ölkələrə təzyiq etmək üçün neft qiymətini aşağı salmaq məsələsindən vasitə kimi istifadə edir. “Təzyiqlər qarşısında tədbirli olmaq və ağıllı müqvimət və dözümlülüklə qələbə qazanmaq mümkindir. Keçmiş zamanlarda bəzi İslam ölkələri öz neft borularını bağlamaqla sionist rejimlə mübarizə aparmaq istədi, Qərb ölkələri neftdən siyasi oyun istifadəsi bəhanəsi ilə səs-küy qopardılar, lakin təssüflər olsun ki, bu gün həmin ölkələr OPEK-in bəzi üzvləri və bəzi region ölkələri ilə birlikdə, Amerikanın siyasətlərinin icrası naminə özləri də ziyan gördükləri halda neftdən silah kimi istifadə edirlər.” Ayətullah Xamenei Amerikanın Qərbi Asiyada yürütdüyü siyasətlərin öz cibindən və bəzi region ölkələrinin cibindən böyük xərclər etməsinə baxmayaraq uğursuz olduğunu vurğulayıb. “Bəziləri xəyal edir ki, Amerika məğlub olunmazdır, bir halda ki, bu düşüncə böyük səhvdir.Amerikalıların ötən 15 ildə etdiyi təkrar səhvlər, onları indi bölgədə şikəst və aciz edib.” Ayətullah Xamenei bildirib ki, Venesuela Latın Amerikası bölgəsində anti-imperialist hərəkatlara təsir edici gücə malik bir ölkədir və bu, ölkənin geniş potensialının olmasının göstəricisidir. “Bu ölkə Qoşulmama Hərəkatının sədrliyi imkanından istifadə etməlidir. Qərb ölkələri Qoşulmama Hərəkatının hərəkətliliyinin artmasında maraqlı deyillər, lakin müstəqil ölkələr onların bu istəyinin əksi olaraq hərəkət etməlidirlər. Belə olduğu halda, əmin olun gələcək daha yaxşı olacaq”, Ayətullah Xamenei əlavə edib ki, İran İslam Respublikası Venesuela ilə əlaqələri inkişaf etdirmək üçün ciddi qərar qəbul edib. Hər iki ölkənin məsul şəxsləri əldə olunan razılıqların icrasında önəmli rol oynayırlar və bununçün çalışmalıdırlar.