Ayətullah Xamenei: İslam Respublikasının konkret siyasəti Asiya ölkələri ilə əməkdaşlıq etməkdir -FOTO
Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei bu gün Vyetnam prezidenti Çıonq Tan Sanqı qəbul edib. Maide.az xəbər verir ki, Ayətullah Xamenei bildirib ki, əcnəbilərin təcavüzü qarşısında Vyetnam xalqının müqavimətli və qorxmazlığına xüsusi ilə “Huşi Mine” və "General Jayab" kimi şəxsiyyətlərin mübarizəsinə görə Vyetnam xalqı İran xalqının gözündə hörmətli və etibarlı xalqdır. Bu hörmət və bağlılıq əməkdaşlığı artırmaq üçün əlverişli şərait yaradır. Ayətullah Xamenei bəzi güclərin digər ölkələrin daxili işinə müdaxilə etməyə çalışdığını vurğulayıb. "Bu müdaxilələr bəzi vaxtlar Vyetnam müharibəsi kimi müharibələr yaratmaq və bəzi vaxtlar da digər yollarla baş tutur. Bu müdaxilələrlə mübarizə yolu müstəqil ölkələrin bir-biri ilə yaxınlaşması və əməkdaşlığındadır." İran İslam Respublikasının konkret siyasəti Asiya ölkələri xüsusi ilə Vyetnamla əməkdaşlıq etməkdir deyən Ali Rəhbər bildirib ki, biz sizin beynəlxalq ictimaiyyətlə əməkdaşlığınızdan xəbərimiz var və düşünürük hər nə qədər imkan və potensial varsa bu əməkdaşlığı artırmaq lazımdır. /