Ayətullah Xameneidən seçki mesajı
Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei İslami Şura Məclisi və Xobreqan Ekspertlər Şurası Məclisi seçkilərində aktiv iştirak etdiklərinəgörə ölkə xalqına təşəkkür edib. Maide.az xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin ofisi tərəfindən yayımlanan mesajda bildirilir: Qərarlı və şüurlu İran xalqı İran İslam Şura Məclisi və Xobreqan Ekspertlər Şurası Məclisi seçkilərinə əzəmətli və görkəmli iştirakı ilə dünyaya dinə söykənən demokratiyanı göstərdi. “Allaha şükürlər olsun ki, İranın oyaq və qərarlı xalqı bir daha böyük bir imtahandan başı uca çıxdı. Onlar İslam İnqilabının əvvəlindən indiyədək 36-cı dəfə ümumxalq seçkilərdə yadda qalan qətiyyətliliklərini və indiki zamanda ölkənin taleyinə sədaqətlərini göstərdilər. İki önəmli və güclü məclis üçün öz nümayəndələrini seçdilər. Bir daha dünyaya dinə söykənən demokratiyanı göstərdilər. İslami İran öz xalqı ilə fəxr edir və milli gücü yeniləyən və dirçəlmək üçün yaranmış fürsətləri möhkəmləndirən qaydaları (qanunları) uca tutur. Mən özümə borc bilirəm ki, İslam sistemi çağırışına səs verən ümumxalq hərakatını yaratdıqlarına görə xalqa təşəkkür edim. Allahdan bu cümə günü zəhmət çəkən və bu əzəməti yaradan xalq üçün mükafat və hidayət diləyirəm. ökumət rəsmilərinə - İslam Şura Məclisi, Xobreqan Ekspertlər Şurası Məsclisi, icra orqan rəsmiləri və digər təşkilat və qurumlardakı bütün rəsmilərə xatırladıram ki, xalqa, ölkəyə və İslami sistemə öz sədaqətli xidmətləri ilə təşəkkürlərini bildirsinlər." Ayətullah Xamenei ölkə rəsmilərindən sadə yaşamağı, ölkənin milli mənafeyini şəxsi və qrup maraqlarından üstün tutmağı, əcnəbilərin müdaxilərləri qarşısında cəsarətli durmağı, xainlər və bədxahların senaryoları qarşısıdna inqilabçı kimi reaksiya vermələri, hər zaman çihadçı düşüncə və əməl içində olmağı, bir sözlə Allaha görə və Allahın məxluqatı (xalq) üçün iş görməyi istəyib və onlara hər zaman proqramlarında diqqətə almaları zəruri olan bu önəmli məsələlər xatırladıb. Ayətullah Xamenei ölkənin inkişafını əsas hədəf olduğunu vurğulayıb və bidirib ki, ölkənin milli izzəti və müstəqilliyi olmadan inkişafın olması qəbul edilməzdir. İnkişaf, hegemon güclərin sisteminə qoşulmaq mənasında deyil. Milli kimliyi və izzəti yalnız daxili gücə söykənən və hərtərəfli inkişafla əldə etmək mümkindir. Yeni Parlament bu önəmli məsələlərlə bağlı çox ağır öhdəlik daşıyır. "Lazım bilirəm bu əzəmətli seçkiləri keçirən şəxslərə, icraçı və müşahidəçi şəxslərə, təhlükəziliyi təmin edənlərə, milli televiziyaya və digər aidiyyatı qurumlara səmimi qəlbdən təşəkkür edim. Allahdan hamı üçün tofiq diləyirəm", -deyə Ayətullah Xameneinin mesajında bildirilir./