Ayətullah Sistani Şeyx Nimrin edamını pisləyib
Mərcəi təqlid Ayətullah Seyyid Əli Sistani Səudiyyə Ərəbistanın tanınmış şiə ruhanisi Şeyx Nimr Baqir Nimri edam etməsini pisləyib və bu hərəkəti ədalətsiz zülm adlandırıb. Maide.az Presstv-yə istinadən xəbər verir ki, Ayətullah Sistaninin Ərəbistanın şərqində yaşayan Qətif şiələrinə xitabən yazdığı məktubda bildirilir: " Təssüf hissi ilə bu bölgədə bir neçə mömin qardaşlarımızını şəhid edilməsi xəbərini aldıq. Onların pak qanı ədalətsiz zülm nəticəsində tökülüb.” Ayətullah Sistani həmçinin şəhid ailələrinə baş sağlığı verib. /