Maide.az

Ayətullah Xameneinin ofisi: Şənbə Fitr bayramıdır

Bu gün Şəvval ayının ayı görsənmədi və buna görə iyul ayının 17-i Ramazan ayının 30-cu günüdür. Bunu Ali Lider Ayətullah Seyyid Əli Xameneinin ofisi yanında ayın müəyyən edilməsi üzrə komitə məlumat verib.   Bu barədə Maide.az İranın Fars xəbər agentliyinə istinadən məlumat  verir.    Məlumatda bildirilir ki, şənbə günü (iyul ayının 18-i) Fitr bayramı günüdür.   Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) də Ramazan bayramı namazının vaxtı ilə əlaqədar açıqlama yayıb.  QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, bayram namazı Azərbaycanda da iyulun 18-də qılınacaq.  /