Maide.az

Ayətullah Xamenei nüvə proqramı ilə bağlı 11 sualı cavablandırıb

Ali Lider, Ayətullah Xamenei İran və Qərb ölkələri arasında aparılan nüvə müzakirələri ilə bağlı 11 sualı cavablandırıb.   Maide.az İran KİV-lərinə istinadən həmin sual və cavabı oxucularımıza təqdim edir.     1.  Nüvə müzakirələrinə nə üçün razılıq vermiz? Ali Lider: Müzakirələrlə razılaşmaqda məqsəd imperializmin İrana qarşı yaratdığı düşmənçilik atmosferini aradan qaldırmaq idi...   2.Siz  nüvə razılaşmasına tərəfdarsız, yoxsa müxalif? Ali Lider: Mən Amerika ilə müzakirələrə nikbin olmasam da, buna qarşı çıxmamışam...   3.Sizin İranın nüvə müzakirələri aparan komandasına münasibətiniz necədir? Ali Lider:  Müzakirə aparanlara inanıram...   4. Nə üçün müzakirələrə münasibətdə nikbin deyilsiz? Ali Lider:  Çünki qarşı tərəf hiylə, yalan, xəyanət əhlidir...   5. İran ABŞ-la nüvə məsələsindən əlavə məsələləri də müzakirə edir? Ali Lider:  Biz yalnız nüvə məsələsini müzakirə edirik...   6. Sanksiyaların aqibəti necə olacaq? Ali Lider:  Sanksiyalar tam və birdəfəyə ləğv olunmalıdır...   7.Nüvə texnologiyasını inkişaf etdirməyə zərurət varmı? Ali Lider: Nüvə sənayesi həm enerji, həm dərman pereparatları əldə etmək üçün zəruridir...   8.Nüvə fəaliyyətlərinə nəzarət çərçivəsi nədən ibarətdir? Ali Lider: Nüvə fəaliyyətlərinə nəzarət bəhanəsi ilə hərbi sənayeyə nəzarətə yol açmaq olmaz...    9. Lozanna müzakirələrinə münasibətdə Siz hansı mövqeni tutursuz? Ali Lider:  Nə qədər ki, tərəflərin üzərinə düşən məsuliyyət müəyyənləşməyib, hansı mövqedən danışmaq olar?!   10. Siz danışıqların təfərrüatından xəbərdardırsınızmı? Ali Lider:  Mən müzakirələrin təfərrüatına müdaxilə etməmişəm və etmirəm...   11. Hökumət nüvə proqramına qarşı çıxanlarla necə rəftar etməlidir? Ali Lider: Tənqidçiləri dəvət etrsinlər, onları dinləsinlər, inandırsınlar.../