Maide.az

Ayətullah Həmədani: İffəti hicabla uyğunlaşdırmaq qadınlara xəyanətdir

Maide.az-ın məlumatına görə, Ayətullah Nuri Həmədani iffətlə hicabı bir-birindən ayrı qiymətləndirmək lazım olduğuna diqqət çəkib və belə deyib: "İffət mövzusunu hicab və örtünmək məsələsindən ayırmaq lazımdır. Qəzetlər və mediada iffətdən danışdıqda sanki örtünməklə eyni şeymiş kimi fikir yaradırlar. Bu çox səhvdir və qadınları alçaltmaqdır. Məsələn qadınlara, "sizin iffətiniz üçün bəzi tənzimləmələr və qanunlar hazırlayırıq" dedikdə, onları alçaltmış olarsınız. Çünki iffət yalnız qadın üçün lazımlı bir əxlaqi xüsusiyyət deyil, kişilər də iffətli olmalıdır. Biz örtünməkdən danışdıqda belə deyirik: qadınlar məhrəm kişilərin yanındakı rahat geyim və bəzəkləri ilə naməhrəm kişilərin qarşısına çıxmamalıdır. Örtünmək müsəlman bir cəmiyyətdə müsəlman qadının formasıdır. Başqa bir ifadəylə, hicab qadının bədənini örtməsidir. Lakin iffət insanın niyyəti ilə əlaqədar bir mövzudur. Bu barədə isə qadın və kişi arasında fərq yoxdur. Qadın da kişi də iffətli olmalıdır."