Maide.az

Şaxtaçılar maaş artımı tələb edirlər - Qazaxıstanda

Qazaxıstanın mərkəzindəki Qaraqanda regionunda onlarla şaxtaçı tuneldən çıxmır, maaş artımı tələb edirlər.   Əmək maarifləndirmə fəallarından biri AzadlıqRadiosuna deyib ki, tətil edənlər noyabrın 29-da şaxtaya girib, noyabrın 30-da ordan çıxarılmaqdan imtina ediblər.   Fəalların Facebook-da yerləşdirdiyi fotoda tuneldəki şaxtaçılar əllərindəki kağızda tələblərini yazıblar.   Tələblərə maaşın 70 faizlik artımı, daha yaxşı pensiya, təhsil ocaqlarına və kurortlara azad çıxış daxildir. Şaxtaçılar həmçinin şaxta sahibi olan şirkətin, KazakhMys-in rəhbəri Eduard Ogai ilə görüş tələb edirlər.   KazakhMys-dən AzadlıqRadiosuna deyiblər ki, şirkət tətil barədə xəbərləri dəqiqləşdirir və az sonra bəyanat verəcək.