Çavuşoğlu: Türkiyə S-400 sistemlərini artıq alıb
Ankara dəfələrlə ABŞ-a və digər tərəfdaşlarına Rusiya ilə S-400 zenit-raket sistemlərinin alınmasına dair razılaşmanın ləğv olunmasının mümkün olmadığını bildirib. Maide.Az Trend-ə istinadla xəbər verir ki, bunu Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu deyib. Çavuşoğlu deyib ki, Türkiyə artıq S-400 sistemlərini alıb: "Türkiyə S-400 sistemlərini almağa məcbur idi, çünki o, analoji sistemləri müttəfiqlərindən ala bilməyib". Çavuşoğlunun fikrincə, ABŞ-ın "Patriot" sistemlərinin tədarükü məsələsində inkişafa nail olmaq üçün ABŞ Konqresinin razılığı olmalıdır.