Maide.az

Avtobus yük maşını ilə toqquşdu, 42 nəfər həlak oldu

Fransanın cənubunda yaşlı kişi və qadınları daşıyan avtobus yük maşını ilə toqquşub.  Maide.az CNN -ə istinadən xəbər verir ki, hadisə nəticəsində 42 nəfər həlak olub, 5 nəfər yaralanıb.  Məlumata görə, qəza baş verdikdən sonra hər iki maşında yanğın baş verib və bu qədər insanın həlak olmasında səbəb də elə yanğındır. Hadisənin təfərrüatı hələlik məlum deyil. /