Maide.az

Avtobusda bədbəxt hadisə: ölən var

Bakıda avtobusdan yıxılan şəxs ölüb.   Maide.Az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.   Məlumata görə, iyulun 20-də Suraxanı qəsəbəsində Bakı şəhər sakini Sevil Şükürova Murtuza Qəhrəmanovun 104 saylı xətt üzrə idarə etdiyi "İsuzu" markalı avtobusdan yıxılıb.   Xəstəxanaya yerləşdirilən S.Şükürova iyulun 28-də orada ölüb.   Faktla bağlı rayon prokurorluğu araşdırmalar aparır.