Avstriyada Ramazan mövzusunda foto yarışması keçirlir
Avstriyanın paytaxtı Vyanada yerləşən İmam Əli (ə) adına İslami Mərkəzin gənclər və mədəniyyət şöbəsi Ramazan mövzusunda foto yarışma təşkil edib. Maide.Az xəbər verir ki, foto yarışmasına qatılmaq istəyən şəxslər öz çəkdikləri fotoları Ramazan ayının 23-nə (18 iyun) kimi Kultur@izia.at email ünvanına göndərə bilər. Yarışda iştirak edən 3 fotoya dəyərli hədiyyələr veriləcək.