Maide.az

Avstriyada qazpaylayıcı mərkəzdə partlayış baş verib -VİDEO

Bu gün səhər Avstriyanın Baumqarten şəhəri yaxınlığında qazpaylayıcı stansiyada baş verən güclü partlayış nəticəsində bir nəfər ölüb.    Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər veri rki,  partlayış nəticəsində  60 nəfər yaralanıb.   Hadisə yerinə yanğın-xilasetmə xidməti və təcili yardım maşınları cəlb edilib.   Polisdən bildirilib ki, partlayış Avstriyanın OMV neft-qaz şirkətinə məxsus qaz terminalında baş verib.   Bütün zərərçəkənlər yanıq xəsarətləri ilə Vyana xəstəxanalarına çatdırılır. Hüquq-mühafizə orqanları yollarda hərəkəti dayandırıb.