Maide.az

Avstriyadan təklif: Avropanın sərhədləri hərbçilərin nəzarətinə verilsin

Avstriya sərhədlərini qorumaq üçün hərbçilərdən istifadə etməyi planlaşdırır. Trend xəbər verir ki, bunu Almaniyanın "Welt" qəzetinə müsahibəsində Avstriyanın müdafiə naziri Hans Peter Doskotsil bildirib.   Nazir hesab edir ki, eyni qaydada bütün Avropa İttifaqı (Aİ) ölkələrinin sərhədlərini qorumaq olar: "Aİ ölkələrinin xarici sərhədlərinin hazırda effektiv qorunmadığını nəzərə alsaq, Avstriya yaxın zamanlarda sərt sərhəd nəzarətini həyata keçirəcək. Bununla da Brenner sərhəd keçidində əsaslı şəkildə, o cümlədən hərbçilərin köməyi ilə nəzarət təşkil olunacaq".   H.P.Doskotsil Yunanıstan, Bolqarıstan və İtaliya sərhədlərində mülki-hərbi missiyaların fəaliyyətinin başlanmasını təklif edir./