Maide.az

Avstraliyada naməlum şəxs avtomobili piyadaların üzərinə sürüb: 3 ölü, 20 yaralı

Avstraliyanın Melburn şəhərində naməlum şəxs avtomobili piyadaların üzərinə sürüb.   Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb, 20 nəfər xəsarət alıb, cinayətkar saxlanılıb.   Şəhərin mərkəzi küçələrindən biri polis tərəfindən mühasirə altında qalır.   Şahidlər bildirirlər ki, cinayətkar saxlanılarkən polis əməkdaşlarına atəş açıb.