Avstraliyada ən böyük məscidin açılışı olub
Ötən gün Avstraliyanın paytaxtı Kanberra şəhərinin ən böyük məscidinin açılış mərasimi keçirlib və məsciddə ilk cümə namazı qılınıb. Maide.Az “canberratimes” saytına istinadən xəbər verir ki, Kanberra şəhərinin yeni tikilən məscidi bu şhərdə yerləşən ən böyük məsciddir. Ötən gün məsciddə yüzlərlə insanın iştirakı ilə ilk cümə namazı qılınıb. Məscidin tikintisi uzun illər idi aparılırdı. 2014-cü ildə bir qrup ifratçı məscidi dağıtmaq məqsədilə tikilməkdə olan məscidin binasına hücum edib. Tikinti işləri bir müddət dayansada 2015-ci ildən Avstraliya müsəlmanlarının dəstəyi ilə yenidən bərpa olunub. Xəbərdə yeni tikilən məscid haqqında ətraflı məlumat verilməyib. Qeyd edək ki, Kanberra şəhərində ilk məscid 1962-ci ildə tikilib. Həmin məsciddə 300 nəfər eyni vaxtda namaz qıla bilirdi. Avstraliyada təqribən 500 min müsəlman yaşayır.