Avstraliyada ən böyük müsəlman qəsəbəsi tikilir
Avstraliyanın Cənubi Melton şəhərində müsəlman immiqrantlar üçün ən böyük qəsəbə tikiləcək. Maide.Az xəbər verir ki, “İqrə” yaşayış massivində müsəlman immiqrantlar üçün 75 yaşayış evi tikiləcək və qəsəbədə məsciddə tikiləcək. Avstraliya İslami Şurasının Maliyyə məsələləri üzrə məsul şəxsi Qeysər Terad deyib ki, müsəlmanlar onlara qarşı heç bir ayrıseçkilik və irqçi hərəkətlər olmayan bir mühitdə yaşaması üçün bu qəsəbədə şərait yaranacaq. O əlavə edib ki, bu kimi qəsəbələrin salınması məscidlər və İslami məktəblərin də qeyri-müsəlman qonşuların etirazı ilə üzləşmədən çoxalmasına şərait yaradacaq.