Maide.az

Avstraliyada 5,6 bal gücündə zəlzələ baş verib

Avstraliyanın şimalında 5,6 bal gücündə zəlzələ baş verib.   Bu barədə Honkonq Rəsədxanasının Seysmoloji Şəbəkəsi məlumat yayıb.   Bildirilir ki, zəlzələ Alis-Sprinqe şəhərindən 450 kilometr məsafədə qeydə alınıb.   Dağıntılar və insan tələfatı barədə məlumat yoxdur. /azertac